Gəlinliklərin rəngi nə üçün ağdır? Uşaq anasından soruşmuş: “Ana, nə üçün gəlinlərin paltarı ağ rəngdədir?” Anası cavab vermiş: “Ağ rəng məsumluğun və xoşbəxtliyin simvoludur.” Qədim Romada gəlinliklərin rəngi sarıydı. Gəlinlər sarı rəngdə fata da taxırdılar. Fata evli və subay qadınları bir – birindən ayırırdı. Orta əsrlərdə isə gəlinliklərin rənginə çox dəyər verilmədi. Bu dövrdə parçanın keyfiyyəti və gözəlliyi daha önəmli idi. Hər bir kəs ən gözəl paltarını geyinərdi, rəng də ki hər kəsin öz zövqünə görə seçilirdi. Ağ gəlinlik paltarının yayılması XVI əsrdən başlamışdır. Bu illərdə kral ailəsi gümüşü rəngdə gəlinlik geyməli idilər. Kraliça Viktoriya bunu rədd etdi və ağ rəngli gəlinlik geyinməkdə israr etdi. Bundan sonra fransız və ingilis yazıçıları ağ rəngin məsumiyyətin simvolu olduğu movzusunda işləməyə başladılar. O dövrdə əxlaqına görə bakirəlik evliliyin əsas şərti olduğundan ağ gəlinlik adəti meydana gəldi. Ailə qurarkən gənc qızların ağ gəlinlik geyinməsi bakirəliklərini ətrafındakılara elan etmələrinin vasitəçisi oldu. Gəlinliklə bağlı bəzi batil inanclar da vardır. Bunlara görə gəlinin gəlinliyini özünün tikməsi, bəyin toydan qabaq gəlini gəlinliklə görməsi, gəlinin gəlinliyi toydan qabaq geyinməsi uğursuzluq gətirir. Evlilikdən danışarkən nişan üzüyündən bəhs etmək də lazımdır. Insanların evlənincə üzük taxmaları qədim Misir inanclarıyla bağlıdır. Miladdan 2800 il qabaq Misirdə yaşayanlar dairənin və ya halqa şəklindəki bütün cisimlərin başlanğıc və son nöqtəsi olmadığından onun sonsuzluğu təmsil etdiklərinə inanırdılar. Üzük evliliyin sonsuza qədər sürəcəyinin simvoluydu. Sonra bu adət romalılar vasitəsilə daha da yayıldı. O dövrə aid arxeoloji qazıntılardan çox maraqlı evlilik üzükləri tapılmışdır. Nişan üzüyünün sol ələ və axırdan ikinci barmağa taxılmasının səbəbi isə müasir tibbin meydana gəlməsindən əvvəl səhv insan anatomiyası bilgisidir. O zamanlarda dövran sistemindəki ana damarın sol əldə bu barmaqdan başlayıb qəlbə getdiyi zənn edilirdi. Beləcə bu barmağa taxılan üzüklər nişanlı cütlərin qəlbən bağlılığının simvoluydu. Baxmayaraq ki indiki zamnada damarların hardan gəlib hara getdiyi bilinsə də bu bir adət olaraq qaldı. Gəlinlik paltarının hansı rəngdə olmasının, nişan üzüyünün hansı barmağa və ələ taxılmasının heç bir fərqi yoxdur. Əsas məsələ odur ki, X O Ş B Ə X T O L U N!
İslam Dini
Kəlimə olaraq "İslam", təslim olmaq, itaət etmək, boyun əymək deməkdir. İslam qəlbən təslim olmaqla bərabər, zahirən Allahın və Peyğəmbərlərinin əmrlərinə tabe olmaqdır. İslamın rüknləri: 1-Allahın varlığına, birliyinə, Həzrəti Məhəmməd (s.a.s) in Allahın qulu və peyğəmbəri olduğuna qəlbi ilə inanması və dili ilə də bunu : "əşhədu ən la ilahə illəllah və əşhədü ənnə Muhəmmədən Rəsulullah" - deyə söyləməsi. 2-Gündə beş vaxt namaz qılması, 3-Dində zəngin sayılanların ildə bir dəfə malının zəkatını verəməsi, 4-Ramazan ayında oruc tutması, 5-Bədəni sağlam və kifayət qədər pulu da varsa, ömründə bir dəfə həcc ibadətini etməlidir. ŞəhadətŞəhadətin dəlili Allahın bu kəlamıdır: Allah özündən başqa heç bir tanrı olmadığına şahiddir. Mələklər və elm sahibləri də haqqa-ədalətə boyun qoyaraq (haqqa tapınaraq) O qüvvət və hikmət sahibindən başqa ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verdilər. (Ali İmran 18) Mənası : Allahdan başqa heç bir haqq məbud yoxdur. Lə iləhə – Allahdan başqa ibadətolunanlari inkar edir İlləllah- İbadətin mülkündə şəriki omadığı kimi ibadətində də şəriki olmayan tək Allaha edilməsini təsdiq edir. Onun təfsiri Allahın bu kəlamıdır: Yadına sal ki, bir zaman İbrahim və qövmünə demişdi : «Mən sizin ibadət etdiklərinizdən (bütlərdən) tamamilə uzağam. Yalnız məni yoxdan yaradan Allahdan başqa! Şübhəsiz ki, O məni doğru yola müvəffəq edəcək.¿ (əz-Zuhruf 26-27) Və Allahın bu kəlamıdır: Söylə ki : Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (fərqi olmayan) bir kəlməyə tərəf gəlin! (O kəlmə budur ki) : «Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək. əgər onlar yenə də üz döndərərlərsə, o zaman (onlara) deyin: «İndi şahid olun ki, biz, həqiqətən, müsəlmanlarıq (Allaha təslim olanlarıq)¿ (Ali İmran 64) Məhəmmədin (s.ə.s) Allahın rəsulu olmasına dəlil Allahın bu kəlamıdır: Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə, məşəqqətə düşməyiniz ona ağırdır, o (sizin iman gətirməyinizi) çox istəyir, möminlərə şəfqətli və mərhəmətlidir. (ət-Tövbə 128) Məhəmmədin (s.ə.s) Allahın rəsulu olmasınıa şəhadətin mənası : Onun əmr etdiyinə itaət etmək, xəbər verdiyini təsdiq etmək, qadağan etdiyindən çəkinmək və çəkindirmək və Allah ancaq qoyulmuş qanunlar çərçivəsində ibadət etmək. Namaz Namazın dəlili və tövhidin təfsiri Allahın bu kəlamıdır: Halbuki onlara əmr edilmişdi ki, Allaha – dini yalnız Ona məxsus edərək, digər bütün batil dinlərdən islama dönərək – ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur! (əl-Beyyinə 5) Namaz dinin dirəyi, ibadətlərin ən üstünüdür. Cənabı Haqqın varlığını, birliyini təsdiqdən sonra qulluq borcu olaraq beş vaxt namaz gəlir. Beş vaxt Namaz hicrətdən il yarım əvvəl Məkkədə fərz qılınmışdır. Həddi-büluğa çatan, ağlı başında olan hər bir müsəlmana gündə beş vaxt namaz qılmaq fərzdir. Namazı tərk edən Allahın əmrinə qarşı çıxmış olur. Axirətdə cəza çəkər. Namaz Allahın bizə verdiyi saysız ne'mətlərinə qarşı yaradanımıza şükran və qulluq borcumuzdur. Namaz qılanlar Allahın əmrini yerinə yetirmiş, borclarını ödəmiş, buna görə Allahın xoşnudluğunu qazanmış, axirətdə səadətə qovuşmuş olurlar. Oruc Orucun dəlili Allahın bu kəlamıdır: Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz. (Bəqərə 183) Oruc tutmaq niyyətiylə dan yerinin ağarmasından günəş batıncaya qədər bir şey yeyib-içmək, qadına yaxınlaşmaq kimi şeylərdən özünü məhrum etmək surətiylə bədənlə edilən bir ibadətdir. Yetginlik yaşına gələn, ağıllı hər bir müsəlmanın Ramazan ayında bir ay oruc tutması fərzdir. Oruc dəlilər, uşaqlara fərz deyildir. Qadınların aybaşı və zahılıq vaxtlarında oruc tutmaları haramdır. Xəstələrin, yolçuları (səfərdə olanların), əmzikli qadınların Rmazanda oruc yemələrinə izn vardır. Yedikləri günlərin oruclarını Ramazandan başqa bir zamanda ödəyə bilərlər. Oruc tutmaq ücün niyyət etmək, niyyətin başlama və bitmə zamanını bilmək, dan yerinin ağarmasından günəş batıncaya qədər orucu pozan şeylərdən çəkinmək, orucun fərzlərindəndir. Ramazan orucunda niyyət vaxtı günəşin batmasından, ertəsi gün quşluq vaxtına qədərdir. Ödənən Ramazan orucu ilə, diləmə və kəffarət (cəza) oruclarında günəşin batmasından dan yerinin ağarmasına qədər niyyət etmək lazımdır. Niyyət qəlb ilə olur. Zəkat Zəkatın dəlili və tövhidin təfsiri Allahın bu kəlamıdır: Halbuki onlara əmr edilmişdi ki, Allaha – dini yalnız Ona məxsus edərək, digər bütün batil dinlərdən islama dönərək – ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur! (əl-Beyyinə 5) Dində zəngin sayılan kişi, qadın, hər bir müsəlmanın ildə bir dəfə malının qırxda birini kasıblara verməsi borcudur, fərzdir. Dinin zəngin saydığı şəxslər. Borcundan və keçinəcəyindən başqa 80,18 qram qızılı(bu qızıl istər işləyən pul, istər külçə, istər zinət əşyası və ya qab-qacaq olsun) Və ya 561 qram gümüş (bu gümüş istər işləyən pul, istər külçə, istər zinət əşyası və qabqacaq olsun.) 80,18 qram qızılın qiymətində pula malik olan, 561 qram gümüşün qiymətinə sahib olan və ya 89,18 qram qızıl və ya 561 qram gümüş tutarında ticarət malı olan) Bu dəyərdə bir az qızıl, bir az gümüş və bir az da malı olan şəxs dində zəngin sayılır. Gümüş və ya qızıl başqa metalla qarışıq olur və qızılı və ya gümüşü daha çox olursa, xalis qızıl və ya gümüş sayılır və ona görə zəkatı verilir. Heyvan cinsinə gəlincə; Borcundan və keçinəcəyindən başqa, doğub, törəmək, süd vermək üçün ilin çox vaxtında çöldə otlayan : Qırx qoyun və ya keçi üçün içindən bir dənəsi və ya əvəzi verilir. Otuz inək və ya camış üçün bir yaşını tamamlamış bir buzovu və ya xötəyi verilir. Beş dəvəsi olan da dində zəngin sayılır. Həcc Həccin dəlili Allahın bu kəlamıdır: Onun yoluna (ərzaq, minik və sağlamlıq baxımından) gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu (bu borcu) inkar edərsə, (özünə zülm etmiş olar) əlbəttə Allah aləmlərə (heç kəsə) möhtac deyildir. (Ali İmran 97) Yetkinlik yaşında, ağlı başında, gücü,qüvvəti yerində olan hər bir zəngin müsəlmanın ömründə bir dəfə, Həcc vaxtında Kə'bəni və ətrafındakı mübarək yerləri ziyarət etməsidir. Fərzdir. Həcc mal və bədənlə edilən bir ibadətdir. Fağırlara, şikəstlərə, iflic olanlara Həcc fərz deyildir. Yolun salim olması da şərtdir. Üzərinə həcc fərz olmayan şəxsin möhtac olduğu malını və mülkünü sataraq Həccə getməsi doğru deyildir.