Reklam verin!
                                      Gəlinliklərin rəngi nə üçün ağdır?         Uşaq anasından soruşmuş: “Ana, nə üçün gəlinlərin paltarı ağ rəngdədir?”  Anası cavab vermiş: “Ağ rəng məsumluğun və xoşbəxtliyin simvoludur.”           Qədim Romada gəlinliklərin rəngi sarıydı. Gəlinlər sarı rəngdə fata da taxırdılar. Fata evli və subay qadınları bir – birindən ayırırdı. Orta əsrlərdə isə gəlinliklərin rənginə çox dəyər verilmədi. Bu dövrdə parçanın keyfiyyəti və gözəlliyi daha önəmli idi. Hər bir kəs ən gözəl paltarını geyinərdi,  rəng də ki hər kəsin öz zövqünə görə seçilirdi.          Ağ gəlinlik paltarının yayılması XVI əsrdən başlamışdır. Bu illərdə kral ailəsi gümüşü rəngdə gəlinlik geyməli idilər. Kraliça Viktoriya bunu rədd etdi və ağ rəngli gəlinlik geyinməkdə israr etdi.        Bundan sonra fransız  və ingilis yazıçıları ağ rəngin məsumiyyətin simvolu olduğu movzusunda işləməyə başladılar. O dövrdə əxlaqına görə bakirəlik evliliyin əsas şərti olduğundan ağ gəlinlik adəti meydana gəldi. Ailə qurarkən gənc qızların ağ gəlinlik geyinməsi bakirəliklərini ətrafındakılara elan etmələrinin vasitəçisi oldu.       Gəlinliklə bağlı bəzi batil inanclar da vardır. Bunlara görə gəlinin gəlinliyini özünün tikməsi, bəyin toydan qabaq gəlini gəlinliklə görməsi, gəlinin gəlinliyi toydan qabaq geyinməsi uğursuzluq gətirir.      Evlilikdən danışarkən nişan üzüyündən bəhs etmək də lazımdır. Insanların evlənincə üzük taxmaları qədim Misir inanclarıyla bağlıdır. Miladdan 2800 il qabaq Misirdə yaşayanlar dairənin və ya halqa şəklindəki bütün cisimlərin başlanğıc və son nöqtəsi olmadığından onun sonsuzluğu təmsil etdiklərinə inanırdılar. Üzük evliliyin sonsuza qədər sürəcəyinin simvoluydu. Sonra bu adət romalılar vasitəsilə daha da yayıldı. O dövrə aid arxeoloji qazıntılardan çox maraqlı evlilik üzükləri tapılmışdır.   Nişan üzüyünün sol ələ və axırdan ikinci barmağa taxılmasının səbəbi isə müasir tibbin meydana gəlməsindən əvvəl səhv insan anatomiyası bilgisidir. O zamanlarda dövran sistemindəki ana damarın sol əldə bu barmaqdan başlayıb qəlbə getdiyi zənn edilirdi. Beləcə bu barmağa taxılan üzüklər nişanlı cütlərin qəlbən bağlılığının simvoluydu. Baxmayaraq ki indiki zamnada damarların hardan gəlib hara getdiyi bilinsə də bu bir adət olaraq qaldı. Gəlinlik paltarının hansı rəngdə olmasının, nişan üzüyünün hansı barmağa və ələ taxılmasının heç bir fərqi yoxdur. Əsas məsələ odur ki,  X O Ş B Ə X T  O L U N!
Bookmark and Share
Baxış sayı:37     Fevral 5, 2008 18:25 tarixində, senuber tərəfindən, Bölməsiz bölməsində yazılib.   Şərhlər(0)

  Yazılar cəmi: 1