Reklam verin!
Yuma Ailə Jurnalı
     13  sayı    üçün  uğursuzdur?

    

      13  sayının  uğursuz  olması  ilə  bağlı  inanc  dünyada  çox  geniş  yayılmışdır.  Bəzi  ölkələrdə  evlərin  qapılarına  13  nömrəsi  verilməz,  təyyarələrdə  13  nömrəli  oturacaq  sırası  yoxdur,  evlərdə,  mehmanxanalarda  13-cü  mərtəbə  ya  12A` dır,  ya  da  14 dür.  13  nömrəli  ev  yoxdur.  Olsa  da  insanlar  o  otaqda  qalmaq   istəməzlər.  Hətta  ayın  13 – də  işə  gəlməmə,  təyyarə    qatar  relslərinin  ləğvi,  alışverişin  düşməsi    bir  sıra  buna  bənzər  davranışların  ABŞ – a  gündə  milyonlarla  dollar  ziyan  verdiyi  söylənməktədir.  Bu  inanc  bir  növ  qorxu  xəstəliyi  olaraq  qəbul  edilmiş  olub  adı  “triskaidekaphobia”dır.      Ümumiyyətlə,  bu  inancın  Hz.  İsa`nın  məşhur  son  yemeyindeki  həvarilərin  sayından  qaynaqlandığı  sayılsa  da,  kökü  çox  qədim  mifoloji  tanrıların  yaşadığına  inanılan  dövrlərə,  Skandinaviya  torpaqlarına  qədər  gedir.      O  zamanlarda  işıq    gözəllik  tanrısı  Balder  bir  ziyafət  verir.  Balder  vikinqlərin  məşhur  tanrısı  Odin  ilə  Frigganınn  oğulları  olub,  ay  kraliçası  Nannanın  da  əridir.  Bu  ziyafətə  12  nəfər  dəvət  olunduğu  halda,  yalanların    hiylələrin  tanrısı  Loki,  dəvətli  olmadığı   halda,  zorla  13  nəfər  olaraq  qatılmaq  istəyir.  Ancaq  bu  zaman  ortaya  çıxan  çaxnaşmada  Loki  digər  tanrılar  tərəfindən    çox  sevilən  Balderi  öldürür.       Bu  mifoloji  hekayə    inanc  Skandinaviyadan  Avropanın  güneyinə  qədər  yayılır.  Xristian  din  adamları  bu  xalq  məsəlindən  istifadə  edirlər    Hz.  İsa`nın  son  yemeyinə  uyğunlaşdırırlar.  Xristian  versiyasında  Balderin  yerini  Hz.  İsa,  Lokinin  yerini  isə  xain  Judas  alır.  Bu  yeməkdən  sonra  24  saat  ərzində    Hz.  İsa  çarmıxa  çəkilərək  öldürülür.  Bu  səbəbdən  Xristianlarda  axşam  yeməyində  13  nəfər  bir  araya  gəlirsə  bunlardan  birinin  başına  bir  fəlakət  gələcəyinə  inanılır.        Bu  inanclara  görə  13  sayı  uğursuzdur.  Amma  ayın  cümə  gününə  düşən  13 – cü  günü  həmişə  uğursuzdur.  Ancaq  belə  bir  gündə  doğulmusunuzsa  tam  tərsinə,  yəni  13  sizin  uğurlu  gününüzdür.        Cümə  gününün  uğursuz  sayılmasına  Həvvanın  Adəmə  almanı  cümə  günü  yedirdib  cənnətdən  qovulmasına  səbəb  olması,  Hz.  Nuh  zamanındakı  böyük  selin  cümə  günü  olması,  Hz.  İsa`nın  cümə  günü  çarmıxa  çəkilməsi  kimi  hadisələrdən  biri    ya  hamısı  səbəb  olmuş  ola  bilər.  Müsəlmanlar  isə  Hz.  Adəm`in  cümə  günü  yaradıldığına  inandıqlarından  bu  günə  başqa  günlərdən  daha  çox  dəyər  verirlər.         13  sayının  uğursuzluğuna  duyulan  inancın  kökündə  bir  il  içində  ayın  13  dəfə  dolmuş  olaraq  görünməsinin  səbəb  olduğunu  söyləyənlər    vardır.  
Bookmark and Share
Baxış sayı:49     Noyabr 24, 2007 14:53 tarixində, senuber tərəfindən, Bölməsiz bölməsində yazılib.   Şərhlər(0)

  Yazılar cəmi: 1